Əsas məzmuna keç
GoJob

Logistika meneceri

Azza GastronomBakıda logistika üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 oktyabr 2026
Son müraciət tarixi
25 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Azza Gastronom Bakıda logistika üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi olan “AZZA” QSC şirkəti "Logistika meneceri" vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

  • Avropa, Şri-Lanka, Rusiya Federasiyası, Belarus Respublikası və Gürcüstandan konsolidə edilmiş (qismən) və tam yüklü (tam konteyner) daşımaların təşkili.
  • Malların təchizatçının anbarından şirkətin anbarına çatdırılması prosesinin tam idarə edilməsi.
  • Daşınma zamanı yaranan məsələlərin operativ həlli;
  • Nəqliyyat və logistika sənədlərinin dəqiqliyini və tamlığını təmin etmək məqsədi ilə onların nəzərdən keçirilməsi, qarşılaşdırılması və əlaqələndirilməsi.
  • Müxtəlif mənbələrdən əldə edilən məlumatların Excel cədvəllərinə daxil edilməsi, həmçinin daxil edilmiş məlumatların və hesablamaların düzgünlüyünün yoxlanılması.
  • Logistika əməliyyatları ilə bağlı maliyyə sənədlərinin nəzərdən keçirilməsində iştirak.
  • Rəqabətli qiymətlər əldə etmək və sərfəli marşrutları müəyyən etmək;

Tələblər:

  • Yaş: 24–35 
  • Ali və ya tam orta təhsil.
  • Avropadan LTL (qismən yük) və FTL (tam yük) daşımaları sahəsində ən azı 1,5illik iş təcrübəsi.
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək 
  • Microsoft Excel və Word proqramlarını yüksək səviyyədə bilmək 
  • Detallara qarşı diqqətlilik, dəqiqlik və güclü təşkilatçılıq bacarıqları.
  • Komandada səmərəli işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı

Şirkət təklif edir:

  • Rəsmi qeydiyyat
  • Nahar yeməyi
  • İş yeri Xırdalan

Namizələrdən  mövzu yerində Logistika meneceri vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Azza Gastronom şirkətinin digər vakansiyaları

Azza Gastronom vakansiyaları