Mağaza menecerinin köməkçisi (New Yorker)
Sinteks Group of CompaniesBakıda mağaza menecerinin köməkçisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Sinteks Group of Companies Bakıda «Mağaza menecerinin köməkçisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Sinteks Şirkətlər Qrupu “New Yorker” brendi üzrə “Mağaza menecerinin köməkçisi” vakansiyasını elan edir!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu satışın təşkil edilməsinə Mağaza menecerinə dəstək göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş prosedurlara uyğun olaraq malların anbardan mağazaya əvəzetməsinə dəstək verir.
- Mağaza daxilində hər hansı bir problemi dərhal müəyyən etmək və həll etmək üçün «check list»-ə qeyd edir.
- Təyin olunmuş sahələrdə işçilərin işini təşkil və onlara nəzarət edir.
- İşçilərin iş qrafikləri və davamiyyətinə nəzarət edir.
- İşçilərin xarici görünüşünün, o cümlədən uniforma, saç düzümü, makiyaj və gigiyenasının tələb olunan standartlara uyğun olmasını təmin edir.
- Mağazanın satış hədəflərinə nail olmsı üçün komanda ilə əməkdaşlıq edir.
- Mağazada malların qəbulu prosesində iştirak edir.
- Mağazada təmizlik işlərinə nəzarət və idarə edir.
- İşçilərin müəyyən edilmiş qaydalara uyğun olaraq mağazaya giriş və çıxış prosedurlarına əməl etmələrini təmin edir.
Professional biliklər:
- Satışın təşkili
- MS Office Proqramları
Təhsil:
- Orta təhsil (Ali təhsil üstünlükdür)
İş təcrübəsi:
- Pərakəndə satış sahəsində ən az 2 il iş təcrübəsi
Professional bacarıq və səriştələr:
- İdarəetmə bacarıqları
- Nəticəyönümlülük
- Təşkilatçılıq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.