Əsas məzmuna keç
GoJob

Mağaza menecerinin köməkçisi (Premium-Lyuks)

Sinteks Group of CompaniesBakıda mağaza menecerinin köməkçisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Sinteks Group of Companies Bakıda «Mağaza menecerinin köməkçisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Port Baku Mall

Vəzifənin təsviri

Bu vəzifənin rolu satışın təşkil edilməsinə və mağazanın idarə edilməsinə dəstək göstərməkdir.

  • Mağazanın və satış təmsilçilərinin aylıq satış hədəflərinin icrasını təmin edir.
  • VIP satışları həyata keçirir.
  • Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir.
  • Mağazalarda müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir.
  • Satış heyətinin iş qrafikini hazırlayır və nəzarət edir.
  • Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir.
  • Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir.
  • Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılması üçün tədbirlər görür.
  • Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir.
  • Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir.
  • “Satış texnikası” və “Müştəri xidməti” təlimləri keçirir.
  • Satış təmsilçilərinin ambar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır.
  • Satışın təşkili
  • Mağazanın idarə olunması

Tələblər

Professional Biliklər

  • Müştəri xidmətləri
  • Satış texnikası
  • İngilis dili orta səviyyədə
  • MS Office Proqramları
  • Təhsil
  • Ali təhsil arzuolunandır

İş Təcrübəsi

  • Müvafiq satış sahəsində ən az 3 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar

  • İdarəetmə bacarığı
  • Liderlik
  • Təşkilatçılıq
  • Satış acarığı
  • Ünsiyyət bacarığı
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq
  • Rus dili bilikləri arzuolunandır

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Sinteks Group of Companies şirkətinin digər vakansiyaları

Sinteks Group of Companies vakansiyaları