Mağaza Meneceri (Premium-Lyuks)
Sinteks Group of CompaniesBakıda mağaza müdiri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Sinteks Group of Companies Bakıda mağaza müdiri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Port Baku Mall
Vəzifənin təsviri
Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.
- Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir.
- Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir.
- Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir.
- VIP satışlar həyata keçirir.
- Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir.
- Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir.
- Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir.
- Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları).
- Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir.
- Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir.
- Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür.
- Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir.
- Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir.
- Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir.
- Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir.
- “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçirir.
- Mağaza işçiləri üçün məhsul təlimi keçirir.
- Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır
- Alış və Satışın təşkili
- Əsas vəsaitlərin idarəedilməsi
- Mağazanın idarəedilməsi
Tələblər
Professional Biliklər
- Müştəri Xidmətləri
- Satış Texnikası
- Merçendayzinq qaydaları
- İngilis dili yaxşı səviyyədə
- MS Office Proqramları
Təhsil
- Ali təhsil arzuolunandır
İş Təcrübəsi
- Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2 il təcrübə
- Sifariş etmə təcrübəsi
- Bonus sistemi ilə işləmə təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Satış bacarıqları
- Müsahibə aparmaq bacarığı
- Təlim keçmə bacarığı
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq
- Rus Dili bilikləri arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Sinteks Group of Companies şirkətinin digər vakansiyaları
Bakıda marketinq mütəxəssisi vakansiyasıSinteks Group of Companies, Bakı
Bakıda mağaza menecerinin köməkçisi vakansiyasıSinteks Group of Companies, Bakı
Bakıda sistem administratoru vakansiyasıSinteks Group of Companies, Bakı
Bakıda mağaza menecerinin köməkçisi vakansiyasıSinteks Group of Companies, Bakı