Əsas məzmuna keç
GoJob

Senior Finance Specialist

Sedef Pharma LLCBakıda maliyyə üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Sedef Pharma LLC Bakıda maliyyə üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş haqqında məlumat:

  • Əmək haqqı razılaşma yolu ilə
  • İş yeri ünvanı Üzeyir Hacıbəyov küçəsi 57(Ferrari Binası)
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır.

Namizədə olan tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə hesabatları, büdcələşdirmə və maliyyə təhlili sahəsində minimum 3–4 il iş təcrübəsi;
  • IFRS və maliyyə hesabatlarının hazırlanması prinsipləri üzrə biliklər;
  • P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili bacarığı;
  • İllik büdcənin, aylıq maliyyə proqnozlarının (Forecast) və Reforecast modellərinin hazırlanması üzrə təcrübə;
  • Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlili, kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və izahı;
  • EBITDA, xalis mənfəət, mənfəət marjası, dövriyyə kapitalı və digər əsas maliyyə göstəricilərinin təhlili;
  • Excel proqramında yüksək səviyyədə işləmək bacarığı 
  • Böyük həcmli maliyyə məlumatlarının emalı, konsolidasiyası və dəqiqləşdirilməsi üzrə təcrübə;
  • ERP sistemləri, xüsusilə 1C,  digər maliyyə sistemləri ilə işləmək bacarığı;
  • Büdcələşdirmə prosesinin koordinasiyası və müxtəlif departamentlərdən maliyyə məlumatlarının toplanması təcrübəsi;
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və problem həll etmə bacarığı;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
  • Güclü kommunikasiya, təqdimat və hesabatların nəticələrini rəhbərliyə izah etmə bacarığı.
  • Balance Sheet reconciliation prosesinin həyata keçirilməsi, balans hesablarının üzləşdirilməsi və mövcud uyğunsuzluqların müəyyən edilərək aradan qaldırılmasının təmin edilməsi;

Üstünlük verilən xüsusiyyətlər:

  • Holdinq və ya çoxşirkətli strukturda (Group Finance) iş təcrübəsi;
  • Büdcə modellərinin qurulması və maliyyə planlaşdırılması proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə;
  • Maliyyə məlumatlarının konsolidasiyası və müxtəlif şirkətlərin nəticələrinin müqayisəli təhlili bacarığı;
  • Power BI və digər biznes analitika alətləri ilə işləmək bacarığı;
  • ACCA, CIMA və ya digər beynəlxalq maliyyə kvalifikasiyaları üzrə təhsil və ya sertifikatların olması.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Sedef Pharma LLC şirkətinin digər vakansiyaları

Sedef Pharma LLC vakansiyaları