Əsas məzmuna keç
GoJob

Maliyyə üzrə baş mütəxəssis

ATS FoodBakıda maliyyə üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

ATS Food Bakıda maliyyə üzrə mütəxəssis axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Xarici audit prosesinin koordinasiyası və auditor sorğularının operativ cavablandırılması;
  • Audit üçün tələb olunan maliyyə məlumatlarının, working file-ların və supporting sənədlərin hazırlanması;
  • IFRS standartlarına uyğun maliyyə məlumatlarının təhlili və təqdim olunması;
  • Baş kitab (GL), balans, gəlir və zərər hesabatı və digər maliyyə hesabatlarının yoxlanılması;
  • Audit zamanı aşkar olunan irad və düzəlişlərin izlənilməsi və icrasına nəzarət etmək;
  • Maliyyə hesabatları üzrə analitik təhlillərin aparılması və rəhbərliyə təqdim edilməsi;
  • Tənzimləyici qurumlara təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək;
  • Maliyyə proseslərinin təkmilləşdirilməsi və daxili nəzarət prosedurlarının gücləndirilməsi üzrə təkliflər vermək;
  • Maliyyə departamentinin digər gündəlik fəaliyyətlərinə dəstək göstərmək.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya Audit sahəsində);
  • İş təcrübəsi:  Maliyyə sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • FMCG və ya Xarici audit, Big4 ilə iş təcrübəsi; 
  • IFRS bilikləri mütləqdir;
  • Seritikat: ACCA, CIMA, FMVA və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (Yaxşı); 
  • Digər səriştələr: ERP proqramları üzrə təcrübəyə malik olmalıdır. Excel, Word, Outlook proqramlarında yüksək səviyyədə işləməyi bacarmalıdır.

İş qrafiki:

  • 5 günlük qrafik  
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur

Üstünlüklərimiz: 

  • Nahar 
  • Servis 
  • Könüllü tibbi sığorta
  • Telefon danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Maliyyə üzrə baş mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

ATS Food şirkətinin digər vakansiyaları

ATS Food vakansiyaları