Əsas məzmuna keç
GoJob

Maliyyə mütəxəssisi

AZERTEXNOLAYN MMCSumqayıtda maliyyə üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Sumqayıt
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 oktyabr 2026
Son müraciət tarixi
18 noyabr 2026

Vakansiya haqqında

AZERTEXNOLAYN MMC Sumqayıtda maliyyə üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Struktur: Maliyyə departamenti

İşin təsviri

  • Audit prosesində Big4 və ya digər auditorlarla əməkdaşlıq etmək, sorğuları cavablandırmaq;
  • Aylıq, rüblük və illik maliyyə bağlanışı prosesində (month-end/year-end closing) aktiv iştirak etmək;
  • Şirkətin maliyyə hesabatlarının IFRS standartlarına uyğun hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Yerli uçot (vergi və milli uçot standartları) ilə IFRS arasındakı fərqləri təhlil etmək və uzlaşdırmaq;
  • Şirkətin əsas uçot siyasətinin hazırlanmasında və dövri yenilənməsində aktiv iştirak etmək, IFRS-də baş verən yenilikləri izləmək və tətbiq etmək;
  • Maliyyə göstəricilərini təhlil etmək, rəhbərliyə analitik hesabatlar hazırlamaq və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • İngilis dili biliyi;
  • IFRS üzrə bilik və praktiki tətbiq təcrübəsi mütləqdir;
  • Big10 audit şirkətlərində iş təcrübəsi üstünlükdür;
  • ACCA və ya müvafiq sahə üzrə digər beynəlxalq qurumların sertifikatlarına (xüsusilə FR və ya DipIFR) sahib olmaq üstünlükdür.

İş şəraiti

  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri;
  • Nahar və servis xidməti şirkət tərəfindən qarşılanır.

CV-lərinizi mövzu hissəsində “Maliyyə mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

AZERTEXNOLAYN MMC şirkətinin digər vakansiyaları

AZERTEXNOLAYN MMC vakansiyaları