Marketing Manager
Haus Luxury InteriorsBakıda marketinq meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 3 noyabr 2026
- Son müraciət tarixi
- 3 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Haus Luxury Interiors Bakıda marketinq meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Brendin bazardakı mövqeyinin gücləndirilməsi və tanınma səviyyəsinin artırılması;
- Sosial media platformalarının idarə olunması;
- Sosial media üçün kontent strategiyasının hazırlanması;
- Meta Ads reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi və optimallaşdırılması;
- Reklam büdcəsinin effektiv idarə olunması və kampaniya nəticələrinin təhlili;
- Potensial müştərilərin cəlb edilməsi, müştəri müraciətlərinin və satış imkanlarının artırılması;
- Hədəf auditoriyasının, bazar tendensiyalarının və rəqiblərin mütəmadi təhlili;
- Yeni kolleksiyaların, məhsulların və kampaniyaların təqdimatı üçün marketinq strategiyalarının hazırlanması;
- Foto və video çəkilişlərin, eləcə də digər kreativ layihələrin təşkili
Namizədə tələblər
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
- Rəqəmsal marketinq və sosial media idarəçiliyi üzrə bilik və təcrübə;
- Meta Ads Manager və Google Ads platformalarında praktiki iş təcrübəsi;
- Google Analytics və digər analitik alətlərdən istifadə bacarığı;
- Analitik düşünmə, kreativ yanaşma və nəticəyönümlülük;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.