Əsas məzmuna keç
GoJob

Marketinq meneceri

ArashBakıda marketinq meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 noyabr 2026
Son müraciət tarixi
5 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə vakansiyalar

Vakansiya haqqında

Arash Bakıda marketinq meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Ekspert Lazer Mərkəzi dermatoloji klinikası üçün Marketinq meneceri vəzifəsinə namizəd axtarırıq.

Vəzifə öhdəlikləri

  • Klinikanın marketinq strategiyasının və aylıq/illik fəaliyyət planlarının hazırlanması və icrası;
  • Marketinq kampaniyalarının planlaşdırılması, təşkili və nəticələrinin təhlili;
  • Foto və video çəkilişlərin, reklam və kreativ layihələrin koordinasiyası;
  • Klinikanın xidmətlərinin tanıdılması və pasiyent axınının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
  • Marketinq büdcəsinin planlaşdırılması və xərclərin optimallaşdırılması;
  • Rəqiblərin və bazarın təhlili, yeni marketinq imkanlarının müəyyən edilməsi;
  • Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması və KPI göstəricilərinin izlənilməsi;
  • Marketinq komandası və kənar əməkdaşlarla işin koordinasiyası.

Namizədə tələblər:

  • Marketinq / Biznesin idarə olunması sahəsində ali təhsil;
  • Marketinq üzrə minimum 3 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq, sosial media və reklam alətləri üzrə praktiki biliklər;
  • Marketinq strategiyasının və kontent planlarının hazırlanması bacarığı
  • Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər;
  • Rus dili biliyi üstünlükdür;

​​​​​​​İş şəraiti

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mövzu hissəsində "Marketinq meneceri – Ekspert Lazer Mərkəzi" qeyd etməyiniz vacibdir.

Arash şirkətinin digər vakansiyaları

Arash vakansiyaları