Əsas məzmuna keç
GoJob

Marketinq mütəxəssisi

ULU Hospitality GroupBakıda marketinq mütəxəssisi vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə vakansiyalar

Vakansiya haqqında

ULU Hospitality Group Bakıda marketinq mütəxəssisi axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Time Business Center (Time Tower)

Vəzifə öhdəlikləri:

  • Sosial media hesablarından daxil olan müraciətlərin cavablandırılması;
  • Sosial media üçün gündəlik Story-lərin hazırlanması və paylaşılması;
  • Həftəlik və aylıq hesabatların hazırlanması;
  • Həftəlik və aylıq kontent planlarının tərtib edilməsi;
  • Sosial media üçün Reels və digər vizual kontentlərin hazırlanması;
  • Əlamətdar günlərə və xüsusi tədbirlərə uyğun postların hazırlanması;
  • Şirkətə məxsus veb-saytların və Google Business səhifələrinin idarə olunması və yenilənməsi;
  • Kampaniyaların, menyuların, qiymətlərin və fotoşəkillərin yenilənməsi;
  • E-mail marketing kampaniyaları üçün dizaynların hazırlanması və göndərilməsi;
  • Menyuların dizayn və tərtibatının hazırlanması;
  • Kontent çəkilişləri üçün moodboard və kreativ nümunələrin hazırlanması;
  • Müxtəlif təqdimatların (prezentasiyaların) hazırlanması.

Tələblər:

  • Marketinq sahəsində müvafiq iş təcrübəsi mütləqdir;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək;
  • Sosial media və rəqəmsal marketinq sahəsində bilik və təcrübə;
  • Kreativ düşüncə və güclü vizual zövq;
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
  • Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.

İş şəraiti: 

  • 5 günlük iş rejimi (09:00-18:00)
  • Əmək haqqı: 800-1000 AZN (Əməkhaqqı namizədin iş təcrübəsi və bilik səviyyəsindən asılı olaraq müəyyən ediləcək) 

CV-nizi mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin

ULU Hospitality Group şirkətinin digər vakansiyaları

ULU Hospitality Group vakansiyaları