Əsas məzmuna keç
GoJob

E-ticarət xidmətləri üzrə marketinq mütəxəssisi

StarexBakıda marketinq mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
13 noyabr 2026
Son müraciət tarixi
13 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə vakansiyalar

Vakansiya haqqında

Starex Bakıda marketinq mütəxəssisi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

Shop & Ship — xaricdən onlayn alış-verişlərin çatdırılması xidmətimizin inkişafına töhfə verəcək əməkdaş axtarırıq. Bu vəzifənin əsas məqsədi marketinq komandası ilə birlikdə yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərin aktivliyinin və sifarişlərin artırılmasıdır.

Əsas vəzifə öhdəlikləri:

  • Shop & Ship xidmətinin satış və marketinq planlarının hazırlanması və təsdiqlənmiş tədbirlərin icrasını təmin etmək;
  • Yeni müştəri seqmentlərini müəyyənləşdirmək və onların cəlb edilməsi üçün təkliflər hazırlamaq;
  • Qeydiyyatdan keçmiş, lakin ilk sifarişini etməmiş müştərilərin aktivləşdirilməsi üçün kampaniyalar həyata keçirmək;
  • Təkrar sifarişləri və müştəri loyallığını artırmaq, müştəri itkisini azaltmaq üçün təşəbbüslər hazırlamaq;
  • Marketinq komandası və xidmət göstərən agentliklə birlikdə rəqəmsal kampaniyaları planlaşdırmaq, icrasını koordinasiya etmək və nəticələrini ölçmək;
  • Korporativ müştərilər, influenserlər və potensial tərəfdaşlarla birgə kampaniya və əməkdaşlıq imkanlarını inkişaf etdirmək;
  • Rəqiblərin qiymət, kampaniya və xidmətlərini, eləcə də müştərilərin alış davranışlarını təhlil etmək;
  • Xidmətin tanınmasını və bazar payını artırmağa yönəlmiş təkliflər vermək;
  • Kampaniyalar üçün məzmun və vizual materiallara dair briflər hazırlamaq;
  • Yeni və aktiv müştəri sayı, ilk və təkrar sifarişlər, müştəri cəlbetmə xərci və kampaniya effektivliyi üzrə hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Rəqəmsal kampaniyaların planlaşdırılması və nəticələrinin təhlili üzrə praktiki təcrübə;
  • Meta Ads, Google Ads və Google Analytics alətləri üzrə biliklər;
  • Müştəri seqmentləşdirilməsi, müştəri cəlbi və loyallıq kampaniyaları barədə anlayış;
  • Excel və ya Google Sheets vasitəsilə məlumatları təhlil etmək və hesabat hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Analitik düşüncə, təşəbbüskarlıq, planlama və komanda ilə işləmək bacarığı.

Üstünlük veriləcək:

  • E-ticarət, karqo, logistika xidmətlərində iş təcrübəsi;
  • CRM sistemləri, e-mail, SMS və push bildiriş kampaniyaları ilə iş təcrübəsi;
  • Müştəri və sifariş sayının artırılması üzrə ölçülə bilən nəticələr;
  • Türk və ingilis dili bilikləri.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta
  • Push30 dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar