Marketinq layihələri üzrə baş mütəxəssis
Baku ElectronicsBakıda marketinq mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 17 noyabr 2026
- Baxış
- 619
- Müraciət
- 29
- Son müraciət tarixi
- 17 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Baku Electronics Bakıda marketinq mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Marketinq layihələri portfelini idarə etmək, layihələri biznes prioritetlərinə uyğun sıralamaq və resursları bölüşdürmək;
- Şirkətin ən mühüm, çoxkanallı kampaniyalarının (mövsümi kampaniyalar, brend layihələri, mağaza açılışları və s.) başdan sona idarə edilməsinə rəhbərlik etmək;
- Layihə məqsədlərini, KPI-ları, büdcəni və zaman cədvəlini müəyyənləşdirmək, rəhbərliklə razılaşdırmaq;
- Strateji vendor və partnyorlarla münasibətləri idarə etmək, müqavilə şərtlərinin danışıqlarını aparmaq və onların performansını qiymətləndirmək;
- Layihə idarəetməsi üzrə vahid standartlar, şablonlar və prosedurlar hazırlamaq və tətbiq etmək;
- Layihələrin risklərini əvvəlcədən müəyyən etmək, risklərin idarə edilməsi planlarını hazırlamaq və böhranlı vəziyyətlərdə operativ qərarlar təklif etmək;
- Kampaniya performans göstəricilərini (KPI, ROI, ROMI) təhlil etmək və nəticələrə əsasən strateji tövsiyələr hazırlamaq;
- İstehlakçı davranışı və bazar məlumatları əsasında kampaniyaların təkmilləşdirilməsi üçün təhlillər aparmaq;
- Aparıcı, orta və kiçik menecerlərə metodiki rəhbərlik və mentorluq etmək, onların işinin keyfiyyətinə nəzarət etmək;
- Layihələr üzrə rəhbərliyə konsolidə edilmiş hesabatlar təqdim etmək.
Vəzifə tələbləri
- Ali təhsil (Müvafiq sahədə üstünlükdür);
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, o cümlədən çoxkanallı kampaniyaların idarə edilməsi təcrübəsi olmalı;
- Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləməli;
- Layihə idarəetmə alətləri (MS Project, Trello, Asana, Jira və ya oxşar) ilə iş təcrübəsi üstünlükdür;
- Büdcə planlaşdırması və maliyyə göstəricilərinin (ROI, ROMI) təhlili üzrə praktiki təcrübə;
- Şirkətin ehtiyacından asılı olaraq reklam, video çarx, sosial media paylaşımları və ya səsli kommunikasiya materiallarında (voiceover, video cast) şirkətin siması və ya səsi olaraq iştirak etməyə hazır olmaq;
- Şirkətdə çalışdığı müddət ərzində digər şirkət, marka və agentliklərlə influencer, aktyor, model və ya voiceover qismində əməkdaşlıq etməmək;
- Analitik düşünmə tərzinə malik, ünsiyyətcil olmalı və təqdimat etməyi bacarmalı;
- Strateji planlaşdırma bacarığına malik olmalı;
- Operativ və düzgün qərar verməyi bacarmalı;
- Problemləri həll etmə bacarığı olmalı.
Dil biliyi:
- Azərbaycan - Mükəmməl
- İngilis - Orta
- Rus - Yüksək
Baku Electronics-də sizi nələr gözləyir?
- Özəl tibbi sığorta təminatı
- Yığım həyat sığortası proqramına qoşulma imkanı
- Push30 platformasında korporativ güzəştlər
- Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
- Peşəkar təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066)
- İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 – 18:00)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.