Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Marketinq mütəxəssisi

BarattsonBakıda marketinq mütəxəssisi vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
18 noyabr 2026
Baxış
646
Müraciət
53
Son müraciət tarixi
18 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə iş elanları

Vakansiya haqqında

Barattson Bakıda marketinq mütəxəssisi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Barattson “Marketinq mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir: 

Əsas vəzifə öhdəlikləri:  

  • Sosial şəbəkələrin idarə olunması;
  • Kontent planının hazırlanması və paylaşımlar üçün mətnlərin yazılması;
  • Reels videoları üçün ssenarilərin və dizayner, videoqraf üçün briflərin hazırlanması;
  • Meta Ads platformasında reklam kampaniyalarının qurulması, işə salınması və optimallaşdırılması;
  • Reklam və kontentin effektivliyinin təhlil edilməsi;
  • Tədris proqramlarının öyrənilməsi və kursların tanıdılması üçün marketinq materiallarının hazırlanması;
  • Marketinq tapşırıqları ilə bağlı müvafiq bölmə rəhbərləri ilə əməkdaşlıq edilməsi;
  • Həftəlik hesabatların hazırlanması.

Əsas tələblər:   

  • Ali təhsil (Marketinq, İqtisadiyyat istiqamətləri üzrə arzu olunandır);
  • SMM və digital marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Meta Ads Manager ilə praktiki iş təcrübəsi;
  • Reklam kampaniyalarını müstəqil şəkildə qurmaq və optimallaşdırmaq bacarığı;
  • Reklam mətnlərinin yazılması və kontent planlarının hazırlanması bacarığı;
  • Statistik məlumatları təhlil etmək və marketinq fəaliyyətinin nəticələrini qiymətləndirmək bacarığı;
  • Məsuliyyətlilik, təşkilatçılıq və işlərin müəyyən edilmiş müddətdə yerinə yetirilməsi;
  • Azərbaycan dili sərbəst, ingilis və rus dillərini bilmək üstünlükdür.

Biz nə vəd edirik?

  • Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
  • Rahat və müasir iş mühiti;
  • Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər;
  • Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı.

İş şəraiti

  • İş qrafiki: Həftəiçi 5 iş günü; iş saatı 10:00 – 19:00
  • İş yeri: Elmər filialı;  
  • Əmək haqqı: 1000 – 1200 AZN

Namizədlərdən CV formaların Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq mütəxəssisi”qeyd olunmaqla göndərməkləri xahiş olunur. 

Barattson şirkətinin digər vakansiyaları

Barattson vakansiyaları