Əsas məzmuna keç
GoJob

Beauty Advisor – Clinique / Darphin / Origins / The Ordinary / Dr.Jart+

Novo PharmBakıda məsləhətçi vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Novo Pharm Bakıda məsləhətçi axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Biz premium kosmetika sahəsində enerjili və müştəriyönümlü mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə məsləhət vermək və onların ehtiyaclarına uyğun məhsullar seçmək
  • Məhsulların təqdimatını və mini-servisləri həyata keçirmək
  • Müştərilərə səmimi, fərdiləşdirilmiş xidmət göstərmək və ilhamverici alış təcrübəsi yaratmaq
  • Satış və müştəri cəlbetmə hədəflərinə nail olmaq
  • Satış nöqtəsində yüksək səviyyəli vizual merchandayzinq standartlarını qorumaq
  • Brendin xüsusi aksiyalarında və tədbirlərində iştirak etmək

Tələblər:

  • Beauty retail sahəsində təcrübə arzuolunandır (Beauty Advisor / Makeup Artist / Beauty Consultant və s.)
  • İnsanlarla ünsiyyəti sevmək, dinləmək, ilham vermək və müştərini maarifləndirmək bacarığı
  • Aktivlik, təşəbbüskarlıq və dinamik mühitdə işləməyə hazırlıq
  • Ünsiyyətcillik və səliqəli, baxımlı görünüş
  • Dəyişən qrafiklə (həftəsonu və axşam növbələri daxil olmaqla) işləməyə hazırlıq

Dil bilikləri (mütləqdir):

  • Azərbaycan dili – sərbəst
  • Rus dili – sərbəst
  • İngilis dili – müştərilərlə ünsiyyət səviyyəsində (intermediate və yuxarı)

Biz təklif edirik:

  • Premium brendlərlə işləmək imkanı
  • Məhsullar və satış texnikaları üzrə təlimlər
  • Müasir və peşəkar iş mühiti
  • KPI və bonus sistemi
  • Peşəkar inkişaf və karyera artımı üçün imkanlar

Əmək haqqı: 800 Azn + bonus

Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (055)224-43-45 (whatsapp) nömrəsinə göndərə bilərlər.

Oxşar vakansiyalar