Metal konstruksiya üzrə mühəndis
CRM ConstructionBakıda metal konstruksiya üzrə mühəndis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 1 oktyabr 2026
- Son müraciət tarixi
- 31 oktyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
CRM Construction Bakıda «Metal konstruksiya üzrə mühəndis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Core Construction MMC komandamıza metal konstruksiyaların layihələndirilməsi, istehsalı və montaj proseslərinin koordinasiyası üzrə çalışacaq *Metal Konstruksiya üzrə Mühəndis* axtarır.
Vəzifə öhdəlikləri
- Metal konstruksiyaların layihələndirilməsi və konstruktiv həllərin hazırlanmasında iştirak etmək;
- Metal konstruksiyaların texniki və konstruktiv hesablamalarını aparmaq;
- Metal konstruksiya üzrə işçi çertyojların və texniki sənədlərin hazırlanmasını təmin etmək;
- Layihə çertyojlarını təhlil etmək və texniki uyğunsuzluqları müəyyən etmək;
- Metal konstruksiyaların istehsal və montaj proseslərinə texniki nəzarət etmək;
- İstehsalat və tikinti sahəsində konstruksiyaların layihəyə uyğunluğunu yoxlamaq;
- Montaj zamanı yaranan texniki məsələləri araşdırmaq və konstruktiv həllər təqdim etmək;
- Sütun, tir, ferma, proqon, karniz, navalça və digər metal konstruksiya elementlərinin quraşdırılmasına texniki nəzarət etmək;
- Birləşmələrin, qaynaq işlərinin, bolt birləşmələrinin və digər konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq;
- Metal konstruksiyaların ölçülərinin, oxlarının, səviyyələrinin və geometrik uyğunluğunun yoxlanılmasında iştirak etmək;
- Material spesifikasiyalarının və metal sərfinin hazırlanmasına nəzarət etmək;
- Materialların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Podratçı, istehsalat və montaj briqadaları ilə koordinasiyalı işləmək;
- Layihə rəhbəri və digər mühəndislərlə mütəmadi koordinasiya aparmaq;
- Görülən işlərin həcmi və icra vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Aşkar edilmiş texniki uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılmasını koordinasiya etmək.
Namizədə tələblər
- İnşaat mühəndisliyi, metal konstruksiyalar, mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Metal konstruksiyalar üzrə minimum *2 il iş təcrübəsi*;
- Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki bilik;
- İşçi çertyojları oxuma və texniki sənədləri təhlil etmə bacarığı;
- AutoCAD proqramında sərbəst işləmək;
- Tekla Structures, Advance Steel, Revit, SAP2000, ETABS və ya digər müvafiq proqramlarla işləmək bacarığı üstünlükdür;
- Metal konstruksiyalarda qaynaq və bolt birləşmələri barədə praktiki bilik;
- Metal profillər, material markaları və konstruktiv elementlər üzrə bilik;
- Tikinti norma və standartları barədə məlumatlı olmaq;
- MS Office, xüsusilə *Excel və Word* proqramlarında işləmək bacarığı;
- Texniki hesabat və spesifikasiyalar hazırlamaq bacarığı;
- Analitik düşüncə və texniki problemləri operativ həll etmək qabiliyyəti;
- Tikinti sahəsində işləməyə və mütəmadi sahə baxışlarında iştirak etməyə hazır olmaq;
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı.
İş şərtləri
- İş rejimi: Tam iş günü
- İş yeri: Bakı şəhəri / tikinti layihələri
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik iş mühiti;
- Böyükhəcmli tikinti layihələrində iştirak imkanı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti;
- Əmək müqaviləsi ilə rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Metal Konstruksiya üzrə Mühəndis” qeyd etməlidirlər. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.