Əsas məzmuna keç
GoJob

Baş Mexanik

Meysari Grand Hotel & SpaBakıda mexanik vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Meysari Grand Hotel & Spa Bakıda mexanik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa

Meysari Grand Hotel & Spa komandamıza qoşulacaq, mexaniki sistemlərin və avadanlıqların etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edəcək təcrübəli və məsuliyyətli Senior Mechanical Supervisor axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Mexaniki sistemlərin, avadanlıqların və mühəndislik qurğularının işinə nəzarət etmək;
  • Profilaktik texniki xidmət və təmir işlərini planlaşdırmaq və icrasını təmin etmək;
  • Nasazlıqları müəyyən etmək, texniki problemlərin operativ həllini təşkil etmək;
  • Texniki xidmət komandasının gündəlik fəaliyyətini əlaqələndirmək və iş bölgüsünü aparmaq;
  • Mexaniki avadanlıqların istismarına, təhlükəsizlik qaydalarına və texniki standartlara riayət olunmasına nəzarət etmək;
  • Ehtiyat hissələrinin və texniki materialların istifadəsini izləmək, müvafiq hesabatlar hazırlamaq;
  • Enerji səmərəliliyinin artırılması və avadanlıqların istismar müddətinin uzadılması istiqamətində tədbirlər görmək.

Namizəd üçün tələblər

  • Mexanika, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali və ya uyğun texniki təhsil;
  • Mexaniki sistemlərin istismarı, texniki xidməti və təmiri sahəsində müvafiq iş təcrübəsi;
  • Texniki heyətin idarə edilməsi və işlərin koordinasiyası üzrə bacarıqlar;
  • Mexaniki avadanlıqlar, nasoslar, mühərriklər, HVAC və digər mühəndislik sistemləri üzrə biliklər;
  • Texniki sənədləri oxumaq, nasazlıqları təhlil etmək və operativ qərarlar qəbul etmək bacarığı;
  • Məsuliyyətlilik, liderlik, problem həll etmə və komanda ilə işləmək bacarığı;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili prosedurlar barədə biliklər;
  • Otel və ya iri obyektlərin texniki xidmət sahəsində təcrübə üstünlükdür.

CV-lərinizi mövzu hissəsində “Senior Mechanical Supervisor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Meysari Grand Hotel & Spa şirkətinin digər vakansiyaları

Meysari Grand Hotel & Spa vakansiyaları