Elektromexanik / Avadanlıq Operatoru
AZ Logistika and Management ServicesBakıda mexanik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Qaradağ
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 12 noyabr 2026
- Son müraciət tarixi
- 12 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar
Vakansiya haqqında
AZ Logistika and Management Services Bakının Qaradağ rayonunda mexanik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Müəssisədə elektrik avadanlıqlarının daim işlək vəziyyətdə olmasını təmin etmək.
- İstehsal xətlərinin fasiləsiz fəaliyyətinə və avadanlıqların düzgün idarə olunmasına nəzarət etmək.
- Avadanlıqların mexaniki və elektrik hissələrinin texniki sazlığını təmin etmək.
- Elektrik nasazlıqlarını vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq.
- Yeni avadanlıqların quraşdırılması və işə salınmasını həyata keçirmək.
- Texniki sənədləşdirmə və hesabatları hazırlamaq.
- İstehsalat proseslərində enerjidən səmərəli istifadəni təmin etmək.
Təhsil və təcrübə tələbləri:
- Elektrik mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali və ya müvafiq ixtisas təhsili.
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
Texniki bilik və bacarıqlar:
- Elektrik sxemlərini oxumaq və hazırlamaq bacarığı.
- Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı.
- Aşağı və yüksək gərginlikli elektrik qurğuları ilə işləmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi.
Əlavə məlumatlar:
- Nahar şirkət tərəfindən təmin edilir.
- Servis xidməti mövcuddur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.