Əsas məzmuna keç
GoJob

Meyvə-tərəvəz tədarükü üzrə aparıcı mütəxəssis

Aqrar Tədarük və TəchizatBakıda meyvə-tərəvəz tədarükü üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
8 oktyabr 2026
Son müraciət tarixi
8 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Aqrar Tədarük və Təchizat Bakının Nərimanov rayonunda «Meyvə-tərəvəz tədarükü üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Meyvə və tərəvəz məhsullarının tədarükünün planlaşdırılması və təşkil edilməsi;
  • İstehsalçı, fermer, təsərrüfat subyektləri və digər təchizatçılarla əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Tədarükçülərin müəyyənləşdirilməsi, onların məhsul istehsalı və təchizat imkanlarının araşdırılması;
  • Tədarük ediləcək məhsulların çeşidi, həcmi, keyfiyyət göstəriciləri və mövsümi xüsusiyyətlərinin müəyyənləşdirilməsi;
  • Meyvə-tərəvəz məhsullarının qəbulunun, çeşidlənməsinin, qablaşdırılmasının və daşınmasının təşkili üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi;
  • Birbaşa fermerlərdən və yerli istehsalçılardan məhsul tədarükünün genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Meyvə-tərəvəz alışı və retail (pərakəndə satış sektoru) sahəsində 3 il iş təcrübəsi;
  • Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir;
  • Araşdırma və analitik düşünmə qabiliyyəti; 
  • Operativ qərarvermə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik;
  • Komandada işləmək və effektiv koordinasiya bacarığı;
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Peşəkar yanaşma və nəticəyönümlülük;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

İş rejimi:

CV-lərinizi mövzu hissəsində “Meyvə-tərəvəz tədarükü üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Aqrar Tədarük və Təchizat şirkətinin digər vakansiyaları

Aqrar Tədarük və Təchizat vakansiyaları