Əsas məzmuna keç
GoJob

IELTS / TOEFL / Duolingo English Test müəllimi

Okhu AcademyBakıda müəllim vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Son müraciət tarixi
19 noyabr 2026
Kateqoriya
Təhsil

Bakı şəhərində Təhsil üzrə vakansiyalar

Vakansiya haqqında

Okhu Academy Bakıda müəllim axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Ünvan: Bakı, Azərbaycan

OKHU Academy IELTS, TOEFL və Duolingo English Test imtahanlarına hazırlıq üzrə ingilis dili müəllimi axtarır. Tədrisi sevən və tələbələrin hədəflədikləri nəticələrə çatmasına məsuliyyətlə yanaşan namizədləri komandamıza dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Maraqlı və planlı şəkildə imtahana hazırlıq dərsləri keçmək.
  • Tədris materiallarını seçmək, dərsləri tələbələrin səviyyəsinə və məqsədlərinə uyğunlaşdırmaq.
  • Xüsusilə Writing və Speaking bölmələri üzrə ətraflı rəy və inkişaf üçün tövsiyələr vermək.
  • Tələbələrin biliklərini mütəmadi qiymətləndirmək və irəliləyişlərini izləmək.
  • Dərs cədvəlini tələbələr və administrasiya ilə razılaşdırmaq.
  • Dərs cədvəlini tələbələrə vaxtında təqdim etmək və dəyişikliklər barədə operativ məlumat vermək.
  • Tələbələr və akademiya komandası ilə aydın və vaxtında ünsiyyət qurmaq.

Tələblər:

  • IELTS, TOEFL və Duolingo English Test imtahanlarının formatı, qiymətləndirmə meyarları və hazırlıq strategiyaları üzrə güclü biliklər.
  • İngilis dilini yüksək səviyyədə bilmək.
  • Mövzuları aydın izah etmək, tələbələrə fərdi yanaşmaq və praktik tövsiyələr vermək bacarığı.
  • Məsuliyyətlilik, punktuallıq və təşkilatçılıq bacarığı.
  • Tələbələrin öyrənməsinə və inkişafına ciddi yanaşmaq.
  • Qeyd olunan imtahanlar üzrə tədris təcrübəsinə üstünlük verilir.

CV-nizi və tədris təcrübəniz haqqında qısa məlumatı WhatsApp vasitəsilə +994 51 553 81 88 nömrəsinə göndərin.

Okhu Academy şirkətinin digər vakansiyaları

Okhu Academy vakansiyaları