Əsas məzmuna keç
GoJob

AP Physics müəllimi

Step by Step International HubBakıda müəllim vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 noyabr 2026
Son müraciət tarixi
5 dekabr 2026
Kateqoriya
Təhsil

Bakı şəhərində Təhsil üzrə vakansiyalar

Vakansiya haqqında

Step by Step International Hub Bakıda müəllim axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

AP Physics müəllimi axtarırıq!

2016-cı ildən fəaliyyət göstərən Step by Step International Hub, Oxford International Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı olaraq beynəlxalq təhsil imkanlarını tələbələrlə birləşdirir.

10 illik təcrübəmizə əsaslanaraq komandamızı genişləndirir və beynəlxalq təhsil proqramları üzrə təcrübəli müəllimləri komandamıza dəvət edirik!

Vəzifə öhdəlikləri:

  • AP Physics proqramı üzrə dərslərin təşkili və tədrisi;
  • Şagirdlərin AP imtahanlarına sistemli şəkildə hazırlanması;
  • Tədris proqramına uyğun dərs planlarının və materiallarının hazırlanması;
  • Fizika mövzularının nəzəri və praktiki izahı;
  • Şagirdlərin akademik inkişafının və nəticələrinin mütəmadi qiymətləndirilməsi;
  • Fərdi ehtiyaclara uyğun tədris yanaşmasının tətbiqi.

Tələblər

  • Fizika və ya əlaqəli sahə üzrə ali təhsil;
  • AP Physics tədrisi üzrə təcrübə üstünlükdür;
  • Müvafiq sahədə minimum 3 il pedaqoji təcrübə;
  • İngilis dilində sərbəst tədris aparmaq bacarığı;
  • AP proqramının və imtahan formatının yaxşı mənimsənilməsi;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Məsuliyyətli, sistemli və nəticəyönümlü yanaşma;
  • Komanda ilə işləmək bacarığı.

İş şərtləri

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Beynəlxalq təhsil mühitində çalışma imkanı.

CV-nizi mövzu hissəsində “AP Physics Teacher” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Beynəlxalq təhsil mühitində peşəkar inkişaf üçün komandamıza qoşulun!

Step by Step International Hub şirkətinin digər vakansiyaları

Step by Step International Hub vakansiyaları