Baş Mühasib
"Vəliev" MMCBakıda mühasib vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 19 oktyabr 2026
- Son müraciət tarixi
- 18 noyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
"Vəliev" MMC Bakıda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək;
- Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək;
- Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək;
- Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək;
- ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək;
- Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək;
- İstehsal prosesinin uçotunu təmin etmək;
- Satış prosesinin uçotunu təmin etmək;
- Debitor və kreditorların, gəlir və xərclərin dəqiq uçotunu təmin etmək;
- Pul vəsaitlərinin hərəkətinin dəqiq uçotunu təmin etmək;
- Əmək haqqı hesablamasını və uçotunu təmin etmək;
- Əsas vəsaitlərin və onların amortizasiyasının uçotunu aparmaq;
- İşçilərlərlə hesablaşmaların, təchizatçı və müştərilərlə hesablaşmaların dəqiq və vaxtında həyata keçirilməsini təmin etmək. Hesablaşmaların qarşılıqlı üzləşdirilməsini təşkil etmək;
- ERP-də mal-pul axınlarının düzgün getməsini nəzarətdə saxlamaq;
- Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq;
Tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
- Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;
- Ofis proqramlarında (Word, excel) işləmək bacarığı və LOGO bilikləri;
- PMS sertifikatının olması üstünlükdür;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Baş Mühasib" qeyd edərək Müraciət et düyməsində elektron poçt ünvanına göndərə bilərlər.