Əsas məzmuna keç
GoJob

Gəlirlər üzrə Mühasib

Deluxe Park QusarBakıda mühasib vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Deluxe Park Qusar Bakının Nərimanov rayonunda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Qusar şəhərində fəaliyyət göstərən otelimizə Gəlirlər üzrə Mühasib vəzifəsi üzrə məsuliyyətli və peşəkar əməkdaş axtarılır.

Vəzifə öhdəlikləri:

  • Otelin gündəlik gəlirlərinin uçotunun aparılması;
  • Kassa, POS və digər satış nöqtələri üzrə məlumatların yoxlanılması və uyğunlaşdırılması;
  • Gündəlik, həftəlik və aylıq gəlir hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Uyğunsuzluqların müəyyən edilməsi , araşdırılması, və sistemdə müəyyən düzəlişlər edilməsi;
  • Maliyyə sənədlərinin düzgün və vaxtında işlənməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə təhsil;
  • Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
  • MS Excel proqramında işləmə bacarığı;
  • Analitik düşünmə və diqqətlilik;
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Otel sahəsində iş təcrübəsi üstünlük hesab olunur.

İş şəraiti:

  • İş yeri: Qusar şəhəri;
  • İş qrafiki tam iş günü;
  • Yaşayış yeri şirkət tərəfindən təmin edilir;
  • Gündə 3 dəfə qidalanma təmin olunur;
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir.

Maraqlanan namizədlər CV-lərini əmək haqqı gözləntilərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Otel təcrübəsi olanlar üstünlükdür

Məktubun mövzu hissəsində “Gəlirlər üzrə Mühasib” qeyd olunması xahiş edilir.

Peşəkar komandamızın bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!

Deluxe Park Qusar şirkətinin digər vakansiyaları

Deluxe Park Qusar vakansiyaları