Mühasib
Smart Advice ConsultingBakıda mühasib vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 23 oktyabr 2026
- Son müraciət tarixi
- 22 noyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
Smart Advice Consulting Bakıda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas Vəzifələr:
- Gündəlik, cari mühasibatlıq əməliyyatlarının aparılması;
- Ölkədaxili və ölkəxarici bank əməliyyatlarının icrası;
- Vergi qanunvericiliyinə uyğun olaraq vergi bəyannamələrinin, eləcə də statistika hesabatlarının vaxtında və düzgün hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi;
- E-taxes (Vergilər Nazirliyinin portalı), e-gov və digər dövlət portalları ilə əlaqədar əməliyyatların həyata keçirilməsi;
- Debitor və kreditor uçotunun aparılması, ilkin sənədlərin (qaimə, faktura, aktlar və s.) yoxlanılması və sistemləşdirilməsi;
- Rəhbərliyin və müştərilərin tələbinə uyğun olaraq tapşırıqların icra edilməsi
Namizədə Tələblər:
- Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahədə azı 1-3 il iş təcrübəsi (konsalting şirkətində təcrübə üstünlükdür);
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
- Proqram təminatı: MS Office proqramlarında (xüsusilə MS Excel-də) yaxşı səviyyədə işləmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Analitik düşüncə tərzi, detallara diqqət, məsuliyyət, vaxtın idarə edilməsi və komandada işləmək bacarığı.
İş Şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq 800-900 Azn.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.