Əsas məzmuna keç
GoJob

Aparıcı vergi mühasibi

Foodcity AgroparkBakıda mühasib vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026

Bakı şəhərində Mühasibatlıq və Audit üzrə vakansiyalar

Vakansiya haqqında

Foodcity Agropark Bakıda mühasib axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tələb olunan bilik, bacarıq, təcrübə: 

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq sahəsi üzrə üstünlük);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • PMS sertifikatının olması arzuolunandır;
  • MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
  • 1C ERP sistemində işləmə təcrübəsi;
  • Vergi Məcəlləsi və mühasibat uçotunun təşkili ilə bağlı qanunvericilik sahəsində yaxşı bilik və praktik təcrübənin olması;
  • Diqqətcil və həll yönümlü yanaşma, komanda ilə işləmə və idarəetmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və situasiyanın daha geniş nəticələrini nəzərə alma bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük, illik bəyannamələrin təqdim edilməsi (ƏDV, ÖMV, Əmlak, Torpaq, Mənfəət, Vahid bəyannamə-DSMF hesabatı);
  • Aylıq, rüblük, illik Statistika hesabatlarının təqdim edilməsi (Ticari, Əmək, 1N müəssisə, digər);
  • Vergi orqanları ilə rəsmi yazışmalar aparmaq və daxil olan sorğuları vaxtında cavablandırmaq;
  • Vergi risklərini vaxtında müəyyən etmək, risklərin azaldılması üçün tədbirlər görmək;
  • Vergi planlaşdırması üzrə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək;
  • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
  • Online kargüzarlığın və kameral məktubların gündəlik izlənməsi;
  • YGB-lər üzrə ödənişlərin banka təqdim olunması (konsiqnasiya hesabatı);
  • Xarici avans ödənişlərinin YGB və ya TTA əsasında bağlanması (banka hesabat verilməsi);
  • İxrac və idxal əməliyyatlarında yaranmış problemlərdə hüquq şöbəsinə müvafiq dəstəyin verilməsi;
  • Sığorta üzrə əməliyyatlara dəstək verilməsi;
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

Təminat və əlavə imtiyazlar:

  • Könüllü tibbi sığorta (3 ay sonra);
  • “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
  • Həftəiçi 5 gün, saat 09:00–18:00 iş qrafiki.

Ünvan: Çıraq Plaza

Vakansiya ilə bağlı “Aparıcı vergi mühasibi” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar