Baş mühasib
PJA MMCBakıda mühasib vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 noyabr 2026
- Son müraciət tarixi
- 13 dekabr 2026
- Kateqoriya
- Mühasibatlıq və Audit
Vakansiya haqqında
PJA MMC Bakıda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
- Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (HoReCa, ictimai iaşə və ya istehsalat sahəsində təcrübə mütləq üstünlükdür);
- AR Vergi və Əmək Məcəllələrini, eləcə də mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- PMS (Peşəkar Mühasib Sertifikatı) və ya ACCA (F3/FA) sertifikatlarının olması üstünlükdür;
- 1C 8.3 və MS Excel proqramlarında sərbəst işləmə bacarığı (iiko proqramı ilə tanışlıq arzuolunandır);
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ya ingilis dili biliyi üstünlükdür);
- Analitik düşüncə, yüksək məsuliyyət və komanda idarəetmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Müəssisənin qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək.
- Vergi, DSMF, Statistika və digər hesabatlarının (aylıq, rüblük, illik) dəqiq hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim olunması;
- Online kargüzarlığın gündəlik izlənilməsi, dövlət orqanları ilə yazışmaların aparılması və sorğuların operativ cavablandırılması;
- İstehsalat, anbar və filiallar üzrə xammal, mal-material qiymətlilərinin hərəkətinə, maya dəyərinin formalaşmasına və aylıq inventarizasiya (sayım) nəticələrinin uçotda əks etdirilməsinə nəzarət;
- Restoran idarəetmə proqramı (iiko) ilə 1C 8.3 mühasibatlıq bazası arasında məlumatların düzgün inteqrasiyasına və uzlaşdırılmasına nəzarət;
- Gündəlik bank və kassa əməliyyatlarının, təhtəlhesab şəxslərlə hesablaşmaların və təchizatçı firmalara ödənişlərin qrafikə uyğun icrası;
- Elektron qaimə-fakturaların (e-qaimə) tərtib edilməsi, daxil olan qaimələrin yoxlanılması və təsdiqlənməsi;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və daxili bonus/mükafat sistemlərinə uyğun ödənişlərin hesablanmasına nəzarət;
- Ay sonu maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul Vəsaitlərinin Hərəkəti) hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak etmək.
- Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
- Rəsmi hesabatların (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
- Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək.
İş Şərtləri
- Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir.
- 5 günlük iş həftəsi.
- Korporativ nömrə və danışıq paketi şirkət tərəfindən təmin edilir
- İş yeri şəhərin mərkəzində (Altes Plaza) yerləşir.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Baş mühasib” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.