Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Baş mühasib

Onvolt MMCBakıda mühasib vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 noyabr 2026
Baxış
620
Müraciət
45
Son müraciət tarixi
17 dekabr 2026

Bakı şəhərində Mühasibatlıq və Audit üzrə iş elanları

Vakansiya haqqında

Onvolt MMC Bakıda mühasib axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara (MHBS) uyğun təşkili və aparılması;
  • Vergi, statistika, DSMF və digər dövlət orqanlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanması;
  • Gündəlik maliyyə və mühasibat əməliyyatlarının (bank, kassa, e-qaimə, gömrük bəyannamələri və s.) 1C proqram təminatında əks etdirilməsi;
  • İdxal əməliyyatlarının (avtomobil və ehtiyat hissələrinin idxalı), maya dəyərinin hesablanması və anbar uçotuna nəzarət;
  • Əməkhaqqı, məzuniyyət və ezamiyyət hesablamalarının düzgünlüyünə nəzarət;
  • Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmə aktlarının tərtib edilməsi;
  • Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə hesabatlarının (mənfəət-zərər, balans, pul vəsaitlərinin hərəkəti) hazırlanması.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (avtomobil satışı, idxal-ixrac və ya ticarət sahəsində təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının Vergi və Əmək Məcəllələrini mükəmməl bilmək;
  • 1C (8.3 versiyası), BTP, e-taxes.gov.az, e-gov.az və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) olması üstünlükdür;
  • Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və komandanı idarəetmə bacarığı.

İş şəraiti:

  • İş yeri: Baş ofis – Onvolt MMC, Ceyhun Hacıbəyli 194
  • İş qrafiki: 5/7 (saat 10:00–19:00), 6-cı gün qısa iş günü.
  • Əməkhaqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək).

Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Onvolt MMC şirkətinin digər vakansiyaları

Onvolt MMC vakansiyaları