Mühasib
Smart Energy ServicesBakıda mühasib vakansiyası
Maaş: 700 ₼-dən / ay
- Yerləşmə
- Bakı, Yasamal
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 28 sentyabr 2026
- Son müraciət tarixi
- 28 oktyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
Smart Energy Services Bakının Yasamal rayonunda mühasib axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Müvafiq sahə üzrə təhsil
- Yaş həddi: 22-30 yaş
- Staj: 2-5 il
- Xanım namizəd
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
- 1C.8.3 və 1C 7.7 mühasibatlıq proqramlarındq işləmək bacarığı
- Stressə davamlılıq
- İFRS və digər mühasibatlıq sahəsində sertifikatların olması üstünlükdür
Vəzifə öhdəlikləri:
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab-fakturalarının hazırlanması;
- Əmək və Məşğulluq Altsistemində (ƏMAS) işləmək bacarığına malik olmalı, əməkdaşların işə qəbulunun və əmək müqaviləsinə xitam verilməsi proseslərinin elektron sistem üzərindən rəsmiləşdirilməsi;
- Qarşılıqlı hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtib edilməsi;
- Mühasibat uçotu ilə bağlı sənədlərin tamlığını və qorunmasını təmin etmək;
- Vergi orqanları ilə yazışmaların aparılması, daxil olan məktubların nəzarətdə saxlanılması;
- Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi (MDSS, ÖMV, ƏDV, Mənfəət vergisi);
- Debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, gəlir və xərclərin uçotunun aparılmas
- Gündəlik satış sənədlərinin 1C proqramında işlənilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında vəlayiqincə yerinə yetirilməsi.
Əmək şəraitinin şərtləri:
- İş vaxtı: 5 günlük iş rejimi , saat 09:00-18:00
- İstirahət günləri: Şənbə, Bazar
- Əmək haqqı: 700 - 1000 Azn
- Peşəkar komanda mühiti;
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqəsaxlanılacaqdır.