Əsas məzmuna keç
GoJob

Aparıcı Mühasib

Improve GroupBakıda mühasib vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 sentyabr 2026
Son müraciət tarixi
31 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Improve Group Bakıda mühasib axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas öhdəliklər:

  • Müəssisənin mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
  • İlkin mühasibat sənədlərinin yoxlanılması və müvafiq sistemə işlənilməsi;
  • Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
  • Vergi və digər məcburi ödənişlərin hesablanması və nəzarətdə saxlanılması;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
  • Vergi bəyannamələrinin və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya müvafiq ixtisas üzrə olması üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
  • Aparıcı mühasib və ya uyğun vəzifə üzrə minimum 3 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Excel proqramında işləmək bacarığı;
  • Elektron vergi və mühasibat sistemləri üzrə biliklər;
  • Mühasibat və maliyyə məlumatlarını təhlil etmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və dürüstlük;
  • Etik davranış prinsiplərinə riayət etmək;
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarığı.

Təklif edirik:

  • Əmək haqqı: 1000–1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən); 
  • 5 günlük iş qrafiki;
  • Şirkət tərəfindən nahar təminatı;
  • Peşəkar və dinamik iş mühiti.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Aparıcı Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Improve Group şirkətinin digər vakansiyaları

Improve Group vakansiyaları