Baş mühasib
Bakıda mühasib vakansiyasıAzərbaycan Mikro Kredit -BOKT ASC
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 28 sentyabr 2026
- Son müraciət tarixi
- 28 oktyabr 2026
- Kateqoriya
- Mühasibatlıq
Vakansiya haqqında
Azərbaycan Mikro Kredit -BOKT ASC Bakıda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil m/s-nun yaxınlığı
İş günləri: Bazar ertəsi – Şənbə
Əmək haqqı: Müsahibə əsasında
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Baş mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
E -mail: [email protected]
Vəzifə öhdəlikləri
Müəssisənin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və MHBS-ə (IFRS) uyğun olaraq aparılması
Vergi, AR Mərkəzi Bankı, Statistika və digər dövlət hesabatlarının vaxtında hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi
Bəyannamələrin (ƏDV, Mənfəət, Ödəmə mənbəyində tutulan vergi və s. düzgün formalaşdırılması və e-taxes portalları vasitəsilə göndərilməsi
Bank əməliyyatlarının, kassa hissəsinin və hesab-fakturaların nəzarətdə saxlanılması
Debitor və kreditor borclarına müntəzəm nəzarət olunması, üzləşmə aktlarının tərtib edilməsi
Daxili maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
Audit yoxlamaları zamanı tələb olunan sənədləşmənin təmin edilməsi.
Tələblər
Təhsil: Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində ali təhsil
İş təcrübəsi: Baş mühasib və ya mühasib müavini vəzifəsində minimum 3-5 il iş təcrübəsi
Proqram bilikləri: 1C (8.3 versiyası), MS Excel (yüksək səviyyədə), e-taxes.gov.az, e-gov.az portalları ilə sərbəst işləmək bacarığı
Qanunvericilik: AR Vergi Məcəlləsini mükəmməl bilmək
PMS (MHBS) Sertifikatı mütləqdir
Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Azərbaycan Mikro Kredit -BOKT ASC şirkətinin digər vakansiyaları
Bakıda texniki dəstək üzrə mütəxəssis vakansiyasıAzərbaycan Mikro Kredit -BOKT ASC, Bakı
Bakıda biznes analitik vakansiyasıAzərbaycan Mikro Kredit -BOKT ASC, Bakı
Bakıda problemli kreditlər üzrə mütəxəssis vakansiyasıAzərbaycan Mikro Kredit -BOKT ASC, Bakı
Bakıda kredit mütəxəssisi vakansiyasıAzərbaycan Mikro Kredit -BOKT ASC, Bakı