Əsas məzmuna keç
GoJob

Mühasib

Xurcun Chain Of BotiquesBakıda mühasib vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
8 oktyabr 2026
Son müraciət tarixi
7 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Xurcun Chain Of Botiques Bakıda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Xurcun komandamıza peşəkar və məsuliyyətli Mühasib axtarırıq.

İş şəraiti

  • İş yeri: Ofis
  • İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
  • Əmək haqqı: bilik və təcrübəyə əsasən müsahibə əsasında təyin olunacaq

Əsas vəzifələr:

  • İlkin uçot sənədlərinin hazırlanması və mühasibat uçotunun aparılması
  • Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatlarının hazırlanması
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabların hesablanması
  • Elektron qaimə-faktura, hesab-faktura, təhvil-təslim və üzləşmə aktları ilə iş
  • Bank və kassa əməliyyatlarının aparılması
  • Mal-material uçotu, maya dəyərinin (food cost) hesablanması və inventarizasiyada iştirak
  • Debitor və kreditor borclarının, gəlir və xərclərin uçotunun aparılması
  • Aylıq hesabatların hazırlanması və maliyyə təhlillərində iştirak

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə Ali təhsil
  • Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi
  • HoReCa və ya Retail sahəsində təcrübə üstünlükdür
  • Azərbaycan Respublikasının mühasibat, vergi və əmək qanunvericiliyi üzrə praktiki biliklər
  • 1C 8.3, MS Excel — yaxşı səviyyədə
  • E-taxes.gov.az, e-gov.az və digər elektron portallarla işləmək bacarığı
  • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik
  • Süni intellekt alətlərindən (ChatGPT, Copilot, Gemini və s.) iş prosesində istifadə bacarığı üstünlükdür

Öz şəkilliCV-nizi “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar