Əsas məzmuna keç
GoJob

Baş mühasib

Acon Tax and Accounting MMCBakıda mühasib vakansiyası

Maaş: 2.300 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Acon Tax and Accounting MMC Bakıda mühasib axtarır. Tam ştat, maaş 2 300 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Mühasibat və vergi xidmətləri göstərən komandamıza istehsalat uçotu üzrə təcrübəli Baş mühasib axtarırıq.

Əsas vəzifələr:

  • Mühasibat uçotunun qurulması, əvvəlki dövrlər üzrə sənədlərin təhlili və uçotun bərpasının təşkili;
  • ERP sisteminin tətbiqində iştirak, ilkin qalıqların müəyyənləşdirilməsi və sistemə daxil edilməsinə nəzarət;
  • Xammal, material, hazır məhsul və anbar uçotunun təşkili;
  • İstehsal xərclərinin uçotu və məhsulun maya dəyərinin hesablanması;
  • Bank, kassa, alış-satış, debitor və kreditor əməliyyatlarının uçotuna nəzarət;
  • Əməkhaqqı hesablamalarının və vergi, statistika, digər məcburi hesabatların düzgün hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
  • Ayın bağlanması, maliyyə hesabatlarının və rəhbərlik üçün aylıq məlumatların hazırlanması;
  • İnventarizasiyanın təşkili və uçot məlumatları ilə faktiki qalıqların üzləşdirilməsi;
  • Mühasib və mühasib köməkçisinin işinin bölüşdürülməsi və yoxlanılması;
  • Vergi məsələləri üzrə məsləhətçi ilə koordinasiya və tələb olunan sənədlərin hazırlanması.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 5 il, baş və ya aparıcı mühasib kimi ən azı 2 il iş təcrübəsi;
  • İstehsalat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki təcrübə;
  • Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
  • 1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək;
  • Uçotun sıfırdan qurulması və ya bərpası üzrə təcrübə;
  • Komandanı idarə etmək, işi planlaşdırmaq və hesabat müddətlərinə riayət etmək bacarığı.

Sement və ya digər tikinti materiallarının istehsalı sahəsində təcrübə, həmçinin Peşəkar Mühasib Sertifikatı üstünlükdür.

İş şəraiti:

  • Aylıq əməkhaqqı: 2100 AZN-dək (gross), iş həcmindən asılı olaraq bonuslar nəzərdə tutulur
  • Tam iş günü;
  • Mühasib və mühasib köməkçisindən ibarət komanda ilə iş;

İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center

İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Acon Tax and Accounting MMC şirkətinin digər vakansiyaları

Acon Tax and Accounting MMC vakansiyaları