Əsas məzmuna keç
GoJob

Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı Filialları üzrə Satış və Əməliyyatlar/ Bridge Plaza şöbəsinin Satış 1 qrupunun Kiçik Müştəri Meneceri

PASHA BankBakıda müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 avqust 2026
Son müraciət tarixi
30 sentyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

PASHA Bank Bakıda müştəri xidmətləri üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

  • Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumat vermək;
  • Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatmaq;
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlər qurmaq;
  • Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
  • Müştərilər kredit üçün muraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq etmək;
  • Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim etmək;
  • Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil etmək;
  • Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat vermək;
  • Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
  • Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi o control customer portfolio profitability;
  • Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasını təmin etmək;
  • Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları həyata keçirmək.

PASHA Bank şirkətinin digər vakansiyaları

PASHA Bank vakansiyaları