Əsas məzmuna keç
GoJob

Korporativ müştərilərə xidmət üzrə mütəxəssis

PEAKPIN MMCBakıda müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası

Maaş: 700 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
1 oktyabr 2026
Son müraciət tarixi
31 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

PEAKPIN MMC Bakıda müştəri xidmətləri üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Restoran, kafe, gözəllik salonu, klinika, otel və digər bizneslər PeakPin-də öz profilini yaradır və yaxınlıqdakı müştərilərə kampaniya və tədbirlərini göstərir. Yeni yaradılan Korporativ müştərilərə xidmət şöbəmizə Bakıda və bölgələrdə tərəfdaş məkanlarımızla işləyəcək mütəxəssislər axtarırıq.

Qeyd - Bakı şəhəri üzrə yalnız xanım namizədlərin CV-lərinə baxılır.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunduğunuz zonada yeni qoşulan məkanlarla 24 saat ərzində əlaqə saxlamaq;
  • Məkan profilinin (foto, iş saatları, xəritədə yer, kateqoriya) düzgün tamamlanmasına kömək etmək;
  • Məkan sahiblərinə tətbiqin imkanlarını (kampaniyalar, tədbirlər, PinBox, növbə, statistika) izah etmək və ilk kampaniyanı birlikdə qurmaq;
  • Başlanğıc pulsuz dövr bitməzdən əvvəl məkan sahibi ilə nəticələri müzakirə etmək və abunəyə keçidə dəstək olmaq;
  • Tərəfdaşlarla müntəzəm əlaqə saxlamaq, onların məmnuniyyətini və abunənin yenilənməsini izləmək;
  • Lazım olduqda məkanlara səfər etmək (təqdimat, quraşdırmaya kömək);
  • Bütün əlaqə və görüşləri daxili portalda qeyd etmək.

Tələblər:

  • Azərbaycan dilində səlis və inandırıcı nitq, rus dili üstünlükdür;
  • Biznes sahibləri ilə peşəkar və hörmətli ünsiyyət qura bilmək;
  • Müştəri xidmətləri, korporativ müştərilərlə iş və ya hesab idarəçiliyi sahəsində təcrübə üstünlükdür;
  • Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
  • Nəticəyə yönəlik, məsuliyyətli və nizam-intizamlı olmaq;
  • Bölgə vakansiyaları üçün: həmin bölgədə yaşamaq və bölgəni yaxşı tanımaq; sürücülük vəsiqəsi üstünlükdür.

Təminatlar və iş şəraiti:

  • Rəsmi əmək müqaviləsi və sosial sığorta;
  • Əməkhaqqı: 700 AZN (başlanğıc) + abunəyə keçən və qalan hər tərəfdaş məkana görə aylıq bonus;
  • Yeni şöbədə ilk komanda olmaq — rəhbər vəzifələrə yüksəlmək üçün real imkan;
  • İş qrafiki: həftədə 40 saat — bazar ertəsi–cümə 09:00–17:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00, bazar günü istirahət.

İş yeri:

  • Bakı (10 vakansiya): Bakı ş., Ofis , hər əməkdaşa bir zona;
  • Bölgələr (15 vakansiya): Sumqayıt, Şamaxı, Qəbələ, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala, Gəncə–Göygöl, Masallı, Lənkəran, Astara, Lerik — əməkdaş öz bölgəsində işləyir, ofisə gəlmək tələb olunmur.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

PEAKPIN MMC şirkətinin digər vakansiyaları

PEAKPIN MMC vakansiyaları