Müştərilərlə Əlaqələr üzrə Operator
Aral Group BakuBakıda müştərilərlə əlaqələr üzrə operator vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
Aral Group Baku Bakıda «Müştərilərlə Əlaqələr üzrə Operator» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Ünvan: Starlife Residence (8 Noyabr metrosunun yaxınlığı)
Öhdəliklər:
- Müştərilərin gecikmiş ödənişləri ilə bağlı məlumat vermək və ödənişin təmin edilməsini izləmək;
- Müştərilərlə əlaqə saxlamaq;
- Ödəniş məlumatları haqqında qeydləri düzgün və vaxtında sistemə daxil etmək;
- Müştəri bazasında edilmiş dəyişikliklər haqqında qeydlərin gündəlik izlənməsi;
- Həftəlik və aylıq hesabatlar təqdim etmək;
- Şirkət standartlarına uyğun yüksək səviyyədə xidmət göstərmək.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Yaxşı ünsiyyət və dinləmə bacarığı
- Azərbaycan dili səlis, rus dili bilikləri üstünlükdür
- Müştəri ilə düzgün münasibət qurmaq bacarığı
- İşdə məsuliyyət və dəqiqlik
İş qrafiki:
- 5 iş günü
- Saat: 09:00 – 18:00
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Rahat və müasir iş mühiti
CV-nizi mövzu hissəsində “Müştərilərlə Əlaqələr üzrə Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.