Əsas məzmuna keç
GoJob

Daxili audit şöbəsinin Aparıcı/Baş mütəxəssisi

International BOKTBakıda mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

International BOKT Bakının Nərimanov rayonunda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili audit şöbəsinin Aparıcı/Baş mütəxəssisi vakansiyası elan edir

Vəzifə öhdəlikləri

  • Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
  • Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
  • Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Audit müşahidəsi və tövsiyələrin icrası üzrə hesabat tərtib etmək;
  • Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;

Namizədə dair tələblər:

  • İqtisadiyyat və ya hüquq sahələrində ali təhsil;
  • Maliyyə bazarlarında Audit sahəsində azı 2 illik iş təcrübəsinin olması;
  • BOKT və Banklara dair Qanunvericiliyin tələblərini və Mərkəzi Bankın qaydalarını  bilmək;
  • Proseslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
  • Analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Mükəmməl Azərbaycan dili biliyi;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.
  • Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza. 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində "Daxili Audit şöbəsinin aparıcı/baş mütəxəssisi qeyd etməklə göndərmələri xahiş olunur.

International BOKT şirkətinin digər vakansiyaları

International BOKT vakansiyaları