Əsas məzmuna keç
GoJob

Kart və POS ödəniş sistemləri üzrə aparıcı mütəxəssis/baş mütəxəssis

Yapı Kredi Bank AzərbaycanBakıda mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
2 noyabr 2026
Son müraciət tarixi
2 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə vakansiyalar

Vakansiya haqqında

Yapı Kredi Bank Azərbaycan Bakıda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Ödəniş sistemlərinə məxsus Visaonline.com, Mastercardconnect.com saytları ilə işləmək bacarığı;
  • Ödəniş sistemlərindən daxil olan mandatory və bülletinləri izləmək, rəhbərliyə məlumat vermək və zəruri addımların atılmasını koordinasiya etmək
  • VİSA və MasterCard üzrə invoysların təhlili
  • Kart məhsullarının, Ekvairinq, POS terminalların gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;
  • Kart məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;
  • Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;
  • Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması
  • Yeni kart məhsullarının yaradılması və inkişaf layihələrində aktiv olaraq iştrak etmək
  • VİSA və MasterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması 

Namizədə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində minimum 3 il təcrübə;
  • Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə;
  • Dil bilikləri: yaxşı səviyyədə Rus və İngilis dili biliyi
  • Ödəniş sistemləri (Visa, Mastercard,) ilə iş təcrübəsi;
  • Biznes yönümlü;
  • Analitik düşüncə;
  • Problemləri həll etmək bacarığı;
  • Yeni kart məhsullunun end to end yaradılması bacarığı;
  • Komandada işləmək və idarəçilik bacarığı.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Yapı Kredi Bank Azərbaycan şirkətinin digər vakansiyaları

Yapı Kredi Bank Azərbaycan vakansiyaları