Əsas məzmuna keç
GoJob

Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)

TuranBankBakıda mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Yasamal
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
6 noyabr 2026
Son müraciət tarixi
6 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə vakansiyalar

Vakansiya haqqında

TuranBank Bakının Yasamal rayonunda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə öhdəlikləri

  • Biznes problemlərinin analitik məsələlərə çevrilməsi;
  • Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması;
  • SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi;
  • Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi;
  • Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak.

Namizədə dair tələblər

  • Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil;
  • SQL üzrə yüksək səviyyədə biliklər;
  • Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı;
  • Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər;
  • Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları;
  • Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı;
  • Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı.
  • İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində).

​​​​​​​Üstünlük verilir:

  • Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
  • Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər;
  • Data anbarı və data modelləri üzrə biliklər.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

TuranBank şirkətinin digər vakansiyaları

TuranBank vakansiyaları