Corporate Advisory and Portfolio Management Senior Specialist / Specialist
PASHA CapitalBakıda mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 6 noyabr 2026
- Son müraciət tarixi
- 6 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
PASHA Capital Bakıda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Corporate Advisory and Portfolio Management Senior Specialist / Specialist
Job Purpose:
- To manage the funds of corporate and institutional clients in accordance with their Investment Policy Statements (IPS), establish the company's first discretionary mandates, and prepare recommendations and proposals for the Investment Committee.
Key Responsibilities:
- Establishing and managing AZN and USD denominated portfolios for corporate and institutional clients, including local and international bonds, money market instruments, and multi-asset portfolios;
- Preparing an Investment Policy Statement (IPS) for each mandate, covering investment objectives, currency, investment horizon, limits, benchmark, and fee structure;
- Presenting and justifying proposals to the Investment Committee regarding strategic asset allocation, investment limits, and instrument selection;
- Conducting research on financial instruments and developing expected return models based on investment horizons;
- Forwarding orders to the Execution Department while ensuring compliance with fair allocation and conflict of interest policies;
- Monitoring portfolio performance and risks on a daily basis, preparing monthly reports, and conducting quarterly meetings with clients;
- Advising corporate clients on the placement of surplus funds, hedging policies, and portfolio reviews;
- Participating in the preparatory work for investment funds to be established by the company, including fund rules and coordination with the depositary and valuation agent;
- Ensuring compliance with the requirements of the Central Bank, internal policies, and risk limits.
Requirements:
- University degree in Finance, Economics, Mathematics, or a related field;
- Experience in managing fixed-income or multi-asset investment portfolios within an investment company, bank treasury, asset management company, or insurance company's investment division;
- Central Bank Type B Professional Qualification Certificate; candidates who do not hold this certificate are required to pass the relevant attestation during the probationary period (candidates who have completed the CFA or FRM programmes are eligible for a shortened examination);
- In-depth knowledge of local and international bond markets, repo, and foreign exchange markets;
- Financial modelling skills in Excel; experience with Bloomberg, Reuters, or Refinitiv is an advantage;
- Fluency in written and spoken Azerbaijani and English; Russian is an advantage;
- Strong analytical thinking, decision-making, and presentation skills, as well as high ethical standards;
- Preference will be given to candidates who have completed any level of the CFA programme and have experience working with local issuers and the Baku Stock Exchange.
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.
Korporativ məsləhət və portfel idarəçiliyi üzrə Baş mütəxəssis / Mütəxəssis
Vəzifənin məqsədi:
Korporativ və institusional müştərilərin vəsaitlərini investisiya siyasəti bəyannaməsi çərçivəsində idarə etmək, şirkətin ilk diskresion mandatlarını qurmaq və investisiya komitəsinin qərarlarını hazırlamaq.
Vəzifə öhdəlikləri:
- Korporativ və institusional müştərilər üçün manat və dollar portfellərinin (yerli və beynəlxalq istiqrazlar, pul bazarı alətləri, çoxaktivli portfellər) qurulması və idarə edilməsi;
- Hər mandat üzrə investisiya siyasəti bəyannaməsinin hazırlanması: məqsədlər, valyuta, müddət, limitlər, müqayisə göstəricisi və haqq şərtləri;
- Strateji aktiv bölgüsü, limitlər və alət seçimi üzrə təkliflərin investisiya komitəsinə təqdim edilməsi və əsaslandırılması;
- Alətlər üzrə tədqiqatın aparılması və investisiya müddətinə görə gözlənilən gəlirlilik modellərinin hazırlanması;
- Sifarişlərin icra bölməsinə ötürülməsi, ədalətli bölgü və maraqlar münaqişəsi qaydalarına riayət edilməsi;
- Portfellərin gəlirliliyinin və risklərinin gündəlik izlənməsi, aylıq hesabatların hazırlanması, müştərilərlə rüblük görüşlərin keçirilməsi;
- Korporativ müştərilərə sərbəst vəsaitlərin yerləşdirilməsi, hedcinq siyasəti və portfel icmalı üzrə məsləhət verilməsi;
- Şirkətin yaradacağı investisiya fondlarının hazırlıq işlərində (fond qaydaları, depozitari və qiymətləndirici ilə iş) iştirak;
- Mərkəzi Bankın tələblərinə, daxili qaydalara və risk limitlərinə riayət edilməsi.
Tələblər:
- Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Sabit gəlirli və ya çoxaktivli investisiya portfellərinin idarə edilməsi üzrə təcrübə (investisiya şirkəti, bank xəzinədarlığı, aktivlərin idarə edilməsi şirkəti və ya sığorta şirkətinin investisiya bölməsi);
- Mərkəzi Bankın B növü ixtisas sertifikatı; sertifikatı olmayan namizədlər sınaq müddəti ərzində attestasiyadan keçməlidir (CFA və FRM proqramını bitirənlər üçün qısaldılmış imtahan nəzərdə tutulub);
- Yerli və beynəlxalq istiqraz bazarları, repo və valyuta bazarı üzrə dərin bilik;
- Excel-də maliyyə modelləşdirməsi; Bloomberg, Reuters və ya Refinitiv ilə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan və ingilis dillərində səlis yazılı və şifahi ünsiyyət; rus dili üstünlükdür;
- Analitik düşüncə, qərar qəbul etmə və təqdimat bacarığı, yüksək etik standartlar;
- CFA proqramının hər hansı səviyyəsinə və yerli emitentlər və Bakı Fond Birjası ilə iş təcrübəsinə üstünlük verilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.