Əsas məzmuna keç
GoJob

Filialların idarə edilməsi və satış departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Bakıda mütəxəssis vakansiyasıInternational BOKT

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

International BOKT Bakının Nərimanov rayonunda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

BOKT “INTERNATIONAL” ASC  Filialların idarə edilməsi və satış departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir

Əsas vəzifə öhdəlikləri:

  • Filialların fəaliyyət göstəricilərinin gündəlik, həftəlik və aylıq əsasda təhlilini aparmaq;
  • Faktiki göstəricilərin plan və əvvəlki dövrlərin nəticələri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
  • Filialların fəaliyyət nəticələri üzrə gündəlik, həftəlik, aylıq və rüblük analitik hesabatların hazırlanmasında iştirak etmək;
  • Filialların satış dinamikasını, məhsuldarlığını və fəaliyyət səmərəliliyini təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Filialların fəaliyyət göstəriciləri əsasında müxtəlif analitik hesabatlar və təqdimatlar hazırlamaq;
  • Aşkar edilmiş məlumat uyğunsuzluqları və kənarlaşmalarla bağlı aidiyyəti struktur bölmələrlə koordinasiya aparmaq;
  • Filialların fəaliyyətinin və satış nəticələrinin yaxşılaşdırılması ilə bağlı analitik əsaslandırılmış təkliflər hazırlamaq;
  • Yeni məhsul, satış kampaniyası, motivasiya və digər layihələrin nəticələrinin analitik qiymətləndirilməsində iştirak etmək;
  • Rəhbərliyin və şöbə rəhbərinin tapşırıqları əsasında xüsusi analitik təhlillər və hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında Analitika,  satış və ya kredit sahəsində iş təcrübəsi;
  • Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
  • Analitik hesabatların hazırlanması və məlumatların vizuallaşdırılması bacarığı
  • Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
  • Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Şirkət təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Bonus və motivasiya sistemi;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00 

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Analitika şöbənin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.

International BOKT şirkətinin digər vakansiyaları

International BOKT vakansiyaları