Əsas məzmuna keç
GoJob

Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis

Bakıda mütəxəssis vakansiyasıPremium Bank

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 sentyabr 2026
Son müraciət tarixi
30 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Premium Bank Bakıda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir.

İşin təsviri:

  • Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edilməsi;
  • Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyinin verilməsi; 
  • Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
  • Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәtin hәyata keçirilmәsi; 
  • Ssenarilərin təhlil edilməsi, Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması; 
  • Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir; 
  • Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
  • İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icrası və insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması; 
  • Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsinin həyata keçirilməsi.

Namizədə dair tələblər:

  • Maliyyə, iqtisad sahəsində ali təhsil; 
  • Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
  • Əla səviyyədə MS Excel biliyi;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
  • Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
  • Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı;
  • FRM,PRM üzrə hər hansı mərhələni keçən və ya digər risk əsaslı sertifikatlara sahib olan namizədlərə (CERM və s.)  üstünlük veriləcək;
  • Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə dilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar