Əsas məzmuna keç
GoJob

Risklərin İdarə edilməsi İdarəsinin Kredit riski şöbəsinin kiçik / mütəxəssisi

Xalq BankBakıda mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 oktyabr 2026
Son müraciət tarixi
29 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Xalq Bank Bakıda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Bankın məhsul və xidmətlərinin təhlili;
  • Risklərin müəyyən olunması və idarə olunması üzrə təkliflərin verilməsi.

Tələblər

  • İqtisadi və ya maliyyə sahəsi üzrə ali magistr təhsili;
  • Bank və ya əlaqəli maliyyə sektorunda minimum 2-3 il iş təcrübəsi;
  • Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
  • Portfelin risk göstəricilərini özündə əks etdirən hesabatların hazırlanma və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət baracıqları;
  • Kreditlərin vintaj təhlilini aparmaq bacarıqları;
  • Kredit risklərinin idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə, daxili normativlərə riayət edilməsinə nəzarət etmək;
  • Kredit risklərinin ölçülməsi, qiymətləndirilməsi üzrə bacarıqlar;
  • Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
  • Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
  • Riyazi, statistik və makroiqtisadi biliklər;
  • Excel bilikləri vacibdir;
  • Python, SQL, Power BI bilikləri arzuolunandır.
  • İngilis dili və rus dili bilikləri;
  • CFA və (və ya) FRM sertifikatları arzuolunandır.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Xalq Bank şirkətinin digər vakansiyaları

Xalq Bank vakansiyaları