NDT İnspektoru
Drill & Cut QSCBakıda NDT inspektoru vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 6 oktyabr 2026
- Son müraciət tarixi
- 7 noyabr 2026
- Kateqoriya
- Sənaye və Kənd Təsərrüfatı
Vakansiya haqqında
Drill & Cut QSC Bakıda «NDT İnspektoru» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Drill & Cut QSC komandamıza NDT İnspektoru axtarırıq!
Əgər MT, PT, UT, VT və ECI metodları üzrə təcrübəniz, müvafiq NDT sertifikatlarınız və Oil & Gas / sənaye sahəsində iş təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Sizin əsas rolunuz:
- Qazma Boruları və Qazma Kolonlarının İnspeksiyası üzrə Mütəxəssis (OCTG/NDT
İnspektoru) - NDT yoxlamalarının həyata keçirilməsi və nəticələrin qiymətləndirilməsi
- Qaynaq tikişləri, metal konstruksiyalar və avadanlıqların inspeksiyası
- Texniki hesabat və test protokollarının hazırlanması
- ASME, ASTM, ISO, AWS və müştəri tələblərinə uyğunluğun təmin edilməsi
- NDT avadanlıqlarının texniki vəziyyətinə və kalibrlənməsinə nəzarət
Namizədə tələblər:
- DS-1 / DS-2 inspection — DS-1 / DS-2 standartlarına uyğun inspeksiya (texniki yoxlama)
- NDT Level II – UT, MT/MPI, PT — Dağıdıcı olmayan nəzarət (NDT) üzrə II səviyyə – ultrasəs (UT), maqnit toz üsulu (MT/MPI), penetrant üsulu (PT)
- Visual & Dimensional Inspection — Vizual və ölçü yoxlaması
- Thread inspection / thread gauging — Yivlərin yoxlanılması / yivlərin ölçü kalibrləri ilə yoxlanılması
- 2+ il müvafiq iş təcrübəsi
- Oil & Gas və ya sənaye təcrübəsi
- Texniki çertyojları oxuma bacarığı
- Dəqiqlik, analitik düşüncə və detallara diqqət
İş şəraiti
- Bakı / Qaradağ
- 5 günlük iş həftəsi | 08:00–17:00
- Nahar təmin edilir
- Nəqliyyat təmin edilir
- Əmək haqqı – təcrübə və peşəkar bacarıqlara əsasən
CV-nizi mövzu hissəsində “NDT İnspektoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Peşəkarlığınızı real sənaye layihələrində tətbiq etməyə hazırsınız? Sizi komandamızda görməkdən məmnun olarıq!