Əsas məzmuna keç
GoJob

Qəbul və qeydiyyat üzrə nəzarətçi

Grand Europe Hotel BakuBakıda nəzarətçi vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026
Kateqoriya
Otel və Turizm

Bakı şəhərində Otel və Turizm üzrə vakansiyalar

Vakansiya haqqında

Grand Europe Hotel Baku Bakıda nəzarətçi axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə öhdəlikləri:

  • Resepsion əməkdaşlarının işini təşkil etmək və onlara nəzarət etmək;
  • Qonaqların qarşılanması, qeydiyyatı və yerləşdirilməsi prosesini idarə etmək;
  • Rezervasiyalara və otaq bölgüsünə nəzarət etmək;
  • Qonaq şikayət və müraciətlərini operativ şəkildə həll etmək;
  • Kassa əməliyyatlarının və növbə hesabatlarının düzgün aparılmasını təmin etmək;
  • Housekeeping və digər şöbələrlə koordinasiyalı işləmək;
  • Otelin xidmət standartlarına riayət olunmasına nəzarət etmək

Namizədə tələblər:

  • Otelçilik sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Qəbul və qeydiyyat sahəsində idarəetmə və təşkilatçılıq bacarığı;
  • Yüksək ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
  • Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
  • Fidelio proqramı ilə işləmə bacarığı üstünlük sayılır;
  • Excel orta səviyyə;
  • Məsuliyyətlilik, operativlik və qonaq məmnuniyyətinə yönümlülük;
  • Növbəli iş rejimində işləmək imkanı.

Biz nə təklif edirik?

  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilən əmək münasibətləri.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Oxşar vakansiyalar