Əsas məzmuna keç
GoJob

Ofis meneceri

AlutechBakıda ofis meneceri vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 oktyabr 2026
Son müraciət tarixi
25 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Alutech Bakıda ofis meneceri axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Alutech Baku” şirkəti üçün Ofis-menecer tələb olunur.

Tələblər:

  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ofis fəaliyyətinin gündəlik inzibati və təşkilati işlərini planlaşdırmaq və koordinasiya etmək. 
  • Daxil olan və göndərilən məktubların, sənədlərin və digər yazışmaların qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə yönləndirilməsini təşkil etmək. 
  • Müqavilə, məktub, əmr, ərizə, protokol, arayış və digər inzibati sənədlərin hazırlanmasında və sistemləşdirilməsində iştirak etmək. 
  • Ofis ləvazimatları və inzibati ehtiyacların təmin olunmasına nəzarət etmək. 
  • İşçilərin davamiyyəti, məzuniyyət, ezamiyyət və digər inzibati məsələlər üzrə sənədlərin hazırlanması və uçotunda iştirak etmək. 
  • HR və digər struktur bölmələrlə koordinasiyalı şəkildə işçilərlə bağlı inzibati sənədləşməni həyata keçirmək.
  • Şirkətin elektron və kağız sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və məxfiliyinin qorunmasını təmin etmək.

İş şəraiti

  • Ünvan: Heydər Əliyev pr. 106a
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Əmək haqqı: 800 AZN (net)

Uyğun namizədlər CV formalarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. 

Xahiş olunur CV-lərinizi göndərəndə, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.

Oxşar vakansiyalar