Ofis Meneceri
THEFERR Trade MMCBakıda ofis meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 noyabr 2026
- Son müraciət tarixi
- 11 dekabr 2026
- Kateqoriya
- Ofis və İnzibati işlər
Vakansiya haqqında
THEFERR Trade MMC Bakıda ofis meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Şirkətə gələn qonaq və müştərilərin qarşılanması, müvafiq şəxslərə yönləndirilməsi, rəhbərliyin və qonaqların çay və kofe servisi ilə təmin edilməsi.
- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi.
- Şirkətə daxil olan və göndərilən məktubların, sənədlərin və bağlamaların qəbulu, qeydiyyatı və müvafiq şəxslərə çatdırılması.
- Görüşlərin və qonaq qəbullarının təşkili.
- Ofisə aid sənədlərin hazırlanması, çapı, skan edilməsi və surətlərinin çıxarılması.
- Müqavilə, məktub, ərizə, əmr və digər rəsmi sənədlərin çapı, skan edilməsi və sistemləşdirilməsi.
- Sənədlərin aidiyyəti struktur bölmələrə və əməkdaşlara vaxtında çatdırılmasının təmin edilməsi.
- Sənədlərin elektron və fiziki arxivinin yaradılması, sistemləşdirilməsi və mühafizəsinin təmin edilməsi.
- Daxil olan elektron poçtların izlənilməsi və aidiyyəti şəxslərə yönləndirilməsi.
- Ofis ləvazimatlarına nəzarət edilməsi və zərurət yarandıqda sifarişlərin təşkili.
- Ofisin ümumi səliqə-sahmanına və işgüzar mühitinin qorunmasına nəzarət edilməsi.
- Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahədə 1–2 il iş təcrübəsi arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst).
- Kompüter bilikləri: MS Office proqramları (Word, Excel, Outlook, PowerPoint).
Şəxsi keyfiyyətlər:
- Yüksək ünsiyyət və kommunikasiya bacarığı;
- Səliqəli və məsuliyyətli olmaq;
- Nəzakətli və xoş ünsiyyət qurmaq bacarığı;
- Təşkilatçılıq və operativlik;
- Komandada işləmək bacarığı;
- Diqqətlilik və detallara önəm vermək;
- İşgüzar etika və məxfilik qaydalarına riayət etmək.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə (09:00–18:00)
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunur.
- Ünvan: Çinar Plaza, Heydər Əliyev prospekti 152.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.