Onlayn satış əməliyyatları şöbəsinin rəhbəri
Kontakt HomeBakıda onlayn satış əməliyyatları şöbəsinin rəhbəri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Kontakt Home Bakıda «Onlayn satış əməliyyatları şöbəsinin rəhbəri» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
- Onlayn satış əməliyyatları şöbəsinin ümumi fəaliyyət strategiyasını müəyyənləşdirməsi və rəhbərliyinin strateji hədəflərinə uyğun inkişaf etdirməsi;.
- Sifariş və satış bölmələrinin fəaliyyətinə nəzarət edərək, onların koordinasiyasının təmin edilməsi;
- Yeni əməkdaşlarla müsahibələrin keçirilməsi, təyin olunması və adaptasiya olunmasına nəzarət edilməsi;
- Sifariş və satış bölmələri üzrə proseslərin düzgün icrasına nəzarət etdilməsi və onların təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
- Şirkətin müəyyən etdiyi qaydalara, prosedurlara və müştəri məmnuniyyəti standartlarına uyğun işlənmənin təmin edilməsi;
- Onlayn satış və sifarişlərlə bağlı avtomatlaşdırma və digər rəqəmsal həllərin araşdırılması və tətbiq edilməsi;
- Satış və sifariş bölmələrinin aylıq, rüblük və illik hesabatlarının hazırlanması və analiz edərək rəhbərliyə təqdim etməsi;
- KPI göstəricilərinə nəzarət edərək, hədəflərin yerinə yetirilməsinin təmin edilməsi və performansın artırılması üçün tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyəti və satış effektivliyi ilə bağlı təhlillərin aparılması, inkişaf üçün təkliflərin hazırlanması;
- Satış və sifariş bölmələrinin rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, iş bölgüsünə və fəaliyyətə nəzarət edilməsi;
- Komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə təlim və inkişaf proqramların təşkil edilməsi; • Bölmə rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsi və onların effektivliyinin artırılması üçün motivasiyaedici tədbirlərin görülməsi;
- Müştərilərdən daxil olan müraciət, şikayət və problemlərni təhlil edəilməsi, onların operativ həlli üçün və xidmət keyfiyyətinin yüksəldilməsi üçün aidiyyəti şöbələrlə birgə işləməsi;
- Onlayn satış və sifariş sistemlərindəki çətinlikləri təhlil edərək, onların təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi;
- Sifarişlərin düzgün idarə olunması, logistika proseslərinin effektivliyinin artırılması üçün aidiyyəti şöbələrlə əməkdaşlığın edilməsi;
- Geri qaytarılan məhsullar, xətalı satışlar və online mağaza qalığı problemləri ilə bağlı müvafiq həll yollarının müəyyənləşdirilməsi,nəzarətdə saxlanılması;
- Rəhbərliyin göstəriş və tapşırıqlarının vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)ı;
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili üstünlükdür.;
- Onlayn satış, pərakəndə satış və ya əməliyyatların idarə edilməsi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Strateji planlaşdırma, əməliyyatların idarə edilməsi və biznes proseslərinin optimallaşdırılması üzrə bilik və təcrübə;
- Böyük komandaların idarə edilməsi, komandalar üzrə rəhbər heyətin işinə nəzarət,komandalar üzrə fəaliyyətin qiymətləndirilməsi bacarığı;
- KPI-ların müəyyənləşdirilməsi, biznes göstəricilərinin təhlili və nəticəyönümlü qərarların qəbulu bacarığı;
- Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
- Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər, Power BI ilə işləmək bacarığı;
- Müştəri təcrübəsi, satış effektivliyi, sifarişlərin idarə olunması və logistika prosesləri üzrə biliklər;
- Yüksək liderlik, strateji düşünmə, ünsiyyət və komandalararası koordinasiya bacarıqları;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.