Mühasib - operator
Camal LTDBakıda operator vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Binəqədi
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 16 noyabr 2026
- Baxış
- 632
- Müraciət
- 45
- Son müraciət tarixi
- 16 dekabr 2026
- Kateqoriya
- Mühasibatlıq və Audit
Vakansiya haqqında
Camal LTD Bakının Binəqədi rayonunda operator axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Anbardan çıxan malların müvafiq sənədlər əsasında 1C proqramına işlənməsi;
- Malların mədaxil və məxaric əməliyyatlarının sistemdə qeydiyyatının aparılması;
- Məhsulların satışa, digər şöbələrə və filiallara təhvil verilməsi əməliyyatlarının rəsmiləşdirilməsi;
- Anbar qalıqlarına nəzarət edilməsi və sistem məlumatlarının faktiki göstəricilərlə üzləşdirilməsi;
- Məhsulların hərəkəti üzrə müvafiq hesabatların hazırlanması;
- Anbar sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
- Gündəlik əməliyyatlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Mühasibatlıq və ya anbar uçotu sahəsində iş təcrübəsinin olması mütləqdir.
- 1C proqramı ilə işləmək bacarığı;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- İlkin mühasibat sənədləri və anbar uçotu haqqında məlumatlı olmaq;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 1 - 6 günlər
- Əmək haqqı: 900 net
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib operator” yazmaqla müraciət edilir.