Əsas məzmuna keç
GoJob

Partnyorların cəlb olunması üzrə mütəxəssis

İdeal Kredit BOKTBakıda partnyorların cəlb olunması üzrə mütəxəssis vakansiyası

Maaş: 700 – 1.500 ₼ / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 sentyabr 2026
Son müraciət tarixi
6 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

İdeal Kredit BOKT Bakıda «Partnyorların cəlb olunması üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 700–1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  1. Potensial B2B partnyorların (avtosalonlar, məişət texnikası, mebel mağazaları və s.) axtarışı və mütəmadi sahə (field) ziyarətlərinin həyata keçirilməsi;
  2. Biznes sahibləri və qərarverici şəxslərlə birbaşa görüşlərin təşkili, partnyorluq krediti və avtolizinq məhsullarının təqdimatının aparılması;
  3. Yeni korporativ müştərilərin (mağazaların) şəbəkəyə cəlb edilməsi və onbordinq (müqavilələrin rəsmiləşdirilməsi) prosesinin izlənməsi;
  4. Gündəlik görüşlər, hədəf kütlədən gələn rəylər və satış qıfı barədə CRM/hesabat cədvəllərinin doldurulması

Tələblər

  1. B2B satış, korporativ satış və ya müştəri cəlbi sahəsində mütləq iş təcrübəsi;
  2. Hazır müştəri bazasına (mağazalar, riteyl şəbəkələri, avtosalonlar, sahibkarlarla əlaqələrə) sahib olmaq namizəd üçün çox böyük üstünlük hesab olunacaq;
  3. Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili biliyi (arzuolunandır və seçim zamanı əlavə üstünlük qazandıracaq);
  4. Yüksək kommunikasiya, təqdimat və inandırma bacarıqları (biznes sahibləri ilə onların dilində danışma bacarığı);
  5. Aktiv, dinamik iş rejimində işləmək həvəsi və nəticəyə (KPI) yönümlülük.

İdeal Kredit BOKT şirkətinin digər vakansiyaları

İdeal Kredit BOKT vakansiyaları