Əsas məzmuna keç
GoJob

Planlama mühəndisi

KristalBakıda planlama mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 noyabr 2026
Son müraciət tarixi
12 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Kristal Bakının Nəsimi rayonunda planlama mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Layihə çizgilərini incələmək, iş tiplərinə görə iş bölgüsü strukturunu və fəaliyyət siyahısını hazırlamaq;
  • Primavera P6 və MS Project proqramlarında əsas (baseline) icra qrafikini qurmaq;
  • Podratçıların iş və qiymət qrafiklərini təhlil etmək (zaman və qiymət müqayisəsi) və ümumi qrafiklə uzlaşdırmaq;
  • Material və avadanlıq tədarükü üçün satınalma qrafikini hazırlamaqda iştirak etmək;
  • Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq, faktiki məlumatları həftəlik toplamaq və qrafiki yeniləmək;
  • Faktiki icranı baseline ilə müqayisə etmək, gecikmələri və onların səbəblərini aidiyyəti üzrə müəyyən edib rəhbərliyə təqdim etmək;
  • Gecikmə riski yaranan işlər üzrə bərpa (recovery) planı təklif etmək;
  • Sahə görüşlərində və həftəlik iclaslarda iştirak etmək, iclas qərarlarını qrafikə əks etdirmək;
  • Həftəlik və aylıq irəliləmə hesabatlarını, rəhbərlik üçün əsas göstəricilər üzrə qısa icmal (dashboard) hazırlamaq;
  • Gündəlik sahə hesabatlarının və icra aktlarının qrafiklə uyğunluğunu yoxlamaq;
  • Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq.

Tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması;
  • İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması;
  • Yaxşı səviyyədə Excel biliklərinin olması (icmal cədvəllər və formulalarla qısa zaman çərçivəsində işləmə bacarığı);
  • Daimi bilik və bacarıqlarını inkişaf etdirməli;
  • Yüksək səviyyədə araşdırma bacarıqların olması;
  • Ən az bir Tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək iş ardıcıllıqlarını bilmək,işçi əmək tutum norma və standartlarını bilmək .

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Planlama mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Kristal şirkətinin digər vakansiyaları

Kristal vakansiyaları