Əsas məzmuna keç
GoJob

Lombard Kreditlərinin Təqibi üzrə Kiçik Mütəxəssis

City Finance BOKTBakıda problemli kreditlər üzrə mütəxəssis vakansiyası

Maaş: 400 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 sentyabr 2026
Son müraciət tarixi
25 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

City Finance BOKT Bakıda problemli kreditlər üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 400 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

“City Finance”  BOKT MMC Lombard Kreditlərinin Təqibi üzrə Kiçik Mütəxəssis vakansiyasını elan edir.

“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.

Vəzifə öhdəlikləri:

  • Gecikmədə olan kredit portfellərinin təqib edilməsi;
  • Kredit üzrə gecikməsi olan müştərilərlə əlaqə yaradılması;
  • Gecikmə səbəblərinin araşdırılması və sistemə qeyd edilməsi;
  • Ödənişin gecikməsi ilə bağlı rəsmi bildirişlərin hazırlanması və ünvanlarında görüşlərin keçirilməsi.

Tələblər

  • 21-29 yaş aralığında gənclər;
  • Ali təhsil;
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür);
  • Stresə davamlılıq, təmkinlilik, tələbkarlıq;
  • Çevik qərar qəbuletmə, nəticə yönümlülük.

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN + bonus

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar